Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nihat Qasımov Şəkidə torpağa tapşırılıb

14 sentyabr 2022 | 15:38

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Qasımov Nihat Mehman oğlu sentyabrın 14-də doğulub boya-başa çatdığı Şəkinin Kiçik Dəhnə kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində şəhər rəhbərliyi, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda düşmənin genişmiqyaslı təxribatın qarşısının qətiyyətlə alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

19 yaşlı Nihat Qasımov ötən ilin aprel ayından Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə başlayıb.

Şəhidin cənazəsi Kiçik Dəhnə kəndindəki ”Şəhidlər Xiyabanı”nda torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Sonda şəhidin xatirəsinə yaylım atəşı açılıb.

Keçidlər