Şəhid Şahid Məmmədov anadan olduğu kənddə dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Şahid Sabir oğlu anadan olduğu Orta Zəyzid kəndində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Şəhid Şahid Məmmədovun nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn zamanı Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşı Arif Məmmədova təqdim edilib.
Qeyd edək ki, Şahid Məmmədov 1974-ci ildə Şəkinin Orta Zəyzid kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətə yollanıb. 1992-ci ildən könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib.1993-cü ilin fevral ayında Ağdərə rayonu ərazisində gedən döyüşlər zamanı itkin düşüb.