Şəki Beynəlxalq Teatr Festivalında özbək yazıçısının komediyası oynanılıb
IV Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçılara məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edib.
Tamaşada Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilir.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov ifa ediblər.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Festival çərçivəsində dekabrın 3-də Qazaxıstanın Atındağı Vilayət Qazax Musiqili Dram Teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin “Göytürklər” əsərini təqdim edəcək.