Şəki Dövlət Dram Teatrı Qazaxıstanda keçirilən beynəlxalq festivalın mükafatına layiq görülüb
29 sentyabr 2025 | 09:53
Qazaxıstanın Aktau şəhərində keçirilən TÜRKSOY-un III Beynəlxalq Teatr Festivalına yekun vurulub. Festivala Qazaxıstan, Azərbaycan, Türkiyə, Macarıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın teatr kollektivləri qatılıb. Ölkəmizi bu festivalda təmsil edən Şəki Dövlət Dram Teatrının kollektivi tamaşaçılara Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsəri festivalın “Tarixi xalqın hafizəsində qoruduğu üçün” TÜRKSOY-un özəl mükafatına layiq görülüb.







