Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrı yeni mövsümü “İntihar” tamaşası ilə açacaq

07 sentyabr 2022 | 12:50

Şəki Dövlət Dram Teatrı sentyabrın sonlarına təyin edilən yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək. Teatrın 2022-ci il repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Brilyant Babayeva və başqaları ifa edəcəklər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Teatrın rəsmisi bildirib ki, hazırda bu sənət ocağında, eyni zamanda, müasir yazar Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” pyesinin tamaşaya qoyulması üçün hazırlıq prosesləri gedir.

Keçidlər