Şəki Dövlət Dram Teatrında çalışan bir qrup incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüb
10 may 2025 | 07:24
Azərbaycan Respublikası Prezidentinin 8 May 2025-ci il tarixli Sərəncamı ilə səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.
Mükafatlandırılanlar arasında Şəki Dövlət Dram Teatrında çalışan incəsənət xadimləri də var. Belə ki, Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, aktyoru, Əməkdar artist Əbülfət Salahov və aktrisası Lalə Məmməd Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüblər.
Bu münasibətlə onları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.