Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrında çalışan bir qrup şəxs Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən Fəxri Fərmanla təltif olunub

28 mart 2025 | 10:29

Martın 27-də Beynəlxalq Teatr Günü münasibətilə Şəki Dövlət Dram Teatrında görüş keçirilib.

Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri və Şəki Dövlət Dram Teatrının kollektivinin üzvləri iştirak ediblər.

Görüş zamanı ötən il Şəkidə IV Beynəlxalq Teatr Festivalının yüksək səviyyədə keçirilməsindən, teatrın yaradıcı heyətinin məhsuldar fəaliyyətindən, əldə etdiyi uğurlardan söz açılıb, qarşıda duran vəzifələrlə bağlı  müzakirə aparılıb.

Sonda teatr sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Şəki Dövlət Dram Teatrında çalışan bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Keçidlər