Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Heydər Əliyev Mərkəzində YAP Şəki rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunmuşdur

07 mart 2023 | 15:16
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Sonra Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, partiyanın öncül təşkilatlarından olan Şəki təşkilatının ilk yaranan təşkilatlardan biri olduğunu, rayonun ictimai siyasi həyatında vacib rol oynadığını bildirmiş, yubiley münasibətilə partiya üzvlərini təbrik etmişdir..
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə və dünyada söz sahibinə çevrildiyini qeyd etmişdir.
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatına uzun illər sədrlik etmiş Həsən Həsənov çıxış edərək partiyamızın qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulduğunu, Ulu Öndərin xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olduğunu, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycanın yeni zirvələr fəth etdiyini bildirmişdir.
Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak edən partiya veteranı Baba Səmədov, partiyanın Şəki rayon təşkilatının təsis konfransının əsas iştirakçılarından olan Firqət Məmmədov, partiya veteranları Kamil Məmmədov, Niymət Yusibov, Zahid Abdurahmanov çıxış edərək partiyanın fəaliyyəti ilə bağlı xatirələrini bölüşmüşlər.
Yekunda tədbir iştirakçıları xatirə fotosu çəkdirmişlər.
Keçidlər