Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki KOB İnkişaf Mərkəzi KOB subyektləri üçün təlimlər keçirəcək

11 aprel 2023 | 09:34

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən aprelin 11-də KOB subyektlərinə “Soft skils - Özünü təqdimatda rol oynayan faktorlar” və “Layihə idarəetmə - Layihə nədir? Problemin doğru şəkildə qoyuluşu” mövzularında təlimlər keçiriləcək.

KOBİM-dən AZƏRTAC-a bildirilib ki, ilk mövzunu əhatə edən təlimdə ekspert Cəsur Mədətzadə tərəfindən “Ritorika nədir?, “Effektiv danışıqda rol oynayan 3 amil”, “Uğurlu özünü təqdimat üçün olunan məşqlər”, “Biznes subyektinin ictimaiyyət qarşısında doğru təqdimatı”, ikinci mövzu üzrə “Layihə yazılışında problemin doğru əsaslandırılması”, “Problemin qoyuluşunda tədqiqatın önəmi” istiqamətləri üzrə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Keçidlər