Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

16 oktyabr 2026 | 09:22

Oktyabrın 15-də Şəki Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbər şəxsləri, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, rayon ağsaqqalları, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransda Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin, ötən müddət ərzində dünyasını dəyişən ağsaqqalların və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətindən söz açıb, rayon ağsaqqallarının dövlətimizin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini, rayonumuzun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdiklərini, cəmiyyətimizi narahat edən məsələlərin həllində öz qüvvə, bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib.

İcra başçısı Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrdən bəhs edərək, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, onların yad dini ideologiyanın təsirindən qorunması sahəsində ağsaqqalların da uzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıb.

Sonra Şəki rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. 

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamlayıb, Şəki rayonunun ağsaqqalları ilə görüşməkdən çox məmnun olduğunu bildirib. Sonra natiq ağsaqqalların cəmiyyətin ictimai həyatında oynadığı əhəmiyyətli roldan, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda formalaşdırılması sahəsindəki xidmətlərindən söz açıb.  Şəki Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək rayon ağsaqqallarına gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb.

Digər çıxışçılar da Şəki rayon Ağsaqqallar Şurasının gördüyü işləri təqdirəlayiq hesab ediblər.

Konfransda çıxışlarda səslənən fikirlər nəzərə alınaraq Şəki rayon Ağsaqqallar Şurasının hesabatı qənaətbəxş qiymətləndirilib.

 

 

Keçidlər