Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilib

06 may 2026 | 12:22

May ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətində havaların qeyri-sabit keçəcəyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidən daxil olan məlumata əsasən Rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilib.

İclasda Şəki Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İclas zamanı bölgədə gözlənilən hava şəraiti ilə bağlı məlumat diqqətə çatdırılıb. Bildirilib ki, rayonda elektrik, su və qaz təsərrüfatında yarana biləcək fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçməli, çaylarda sel və daşqın təhlükəsinə qarşı profilaktik tədbirlər görülməlidir. İclasda məsələ ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

 

Keçidlər