Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayon üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilib

23 dekabr 2025 | 10:10

Prezident cənab İlham Əliyevin 09.10.2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü yarımbəndindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Şəki rayon üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.

İslasda Şəki rayon üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələr muzakirə edilib, məsələ ilə bağlı aidiyyəti qurumların nümayəndələrinin məruzələri dinlənilib, rayon ərazisində qeyri-formal məşğulluğa nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər ətrafında geniş söhbət aparılıb.

Tədbirdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə əlaqədar səmərəli tədbirlərinin həyata keçirilməsinin, o cümlədən qarşıda duran vəzifələrin həlli üçün komitənin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Keçidlər