Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayon üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilmişdir

28 dekabr 2024 | 11:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.10.2017-ci il tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü bəndinə uyğun olaraq Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi məqsədilə 27 dekabr 2024-cü il tarixdə Şəki rayon üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilmişdir.

İclasda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində və digər müvafiq istiqamətlərdə həyata keçirilən tədbirlər, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin fəaliyyəti barədə məsələlər müzakirə edilmişdir. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə əlaqədar səmərəli tədbirlərinin həyata keçirilməsinin, o cümlədən qarşıda duran vəzifələrin həlli üçün komitənin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

 

 

Keçidlər