Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhər 10 №-li tam orta məktəbin 125 illiyi qeyd olunub

27 may 2023 | 17:03

Mayın 26-də Şəki Dövlət Dram teatrında Şəki şəhər 10 №-li tam orta məktəbin 125 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP Şəki rayon təşkilatının, rayon Təhsil sektorunun nümayəndələri, ziyalılar, təhsil işçiləri, məktəbin müəllimləri, şagirdlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində məktəbin 125 illiyi münasibətilə hazırlanmış fotosərgi ilə tanış olublar.

Rəsmi hissədə Şəki şəhər 10 №-li tam orta məktəbin yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib, təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlar barədə məlumat verilib.

Çıxış edənlər məktəb kollektivini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində mahnılar səsləndirilib, rəqslər təqdim olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Sonda məktəbin bir qrup qabaqcıl müəlliminə və təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub.

Keçidlər