Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
14 sentyabr 2026-cı il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2026-cı il üçün İş Planına uyğun olaraq “Şəkinin 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti və şəhərdə aparılan təmizlik və yaşıllaşdırma işləri haqqında” və “İbrahimkənd, Cumakənd və Şorsu kənd İƏD üzrə nümayəndəliklərin bələdiyyələrlə birgə ərazidə mövcud sosial problemlərin həlli sahəsində fəaliyyətləri ilə bağlı hesabatları haqqında” məsələlərə baxılıb.
Gündəlikdə duran məsələlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev və başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı məruzə ilə çıxış ediblər.
Məruzələr dinlənildikdən sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər nəzərə alınıb. İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.







