Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Aprel aynın 13-də Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, dəyərli ziyalımız, hörmətli Həsən Həsənovun 70 yaşı tamam olur.
Bu münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, zilalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Kanal S” televiziyası tərəfindən hazırlanmış, Həsən Həsənovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov, Şəki şəhər Bələdiyyəsinin sədr müavini İntiqam Əşirov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri Qüdrət Babayev, YAP veteranı Kamil Məmmədov çıxış edərək Həsən Həsənovu yubileyi münasibətilə təbrik edərək, onun əmək və ictimai fəaliyyətini yüksək dəyərləndiriblər, yubilyarla bağlı xatirələrini bölüşüblər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək fəaliyyətinə verilən yüksək dəyərə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova, kollektivin bütün üzvlərinə, fəaliyyəti dövründə onunla birgə çalışmış şəxslərə, eyni zamanda tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbirdə 70 illik yubileyi ilə əlaqədar Həsən Həsənova Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Bələdiyyəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının təbriki, eyni zamanda xatirə hədiyyələri təqdim edilib.