Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub.
Dekabr ayının 12-də Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin anım günü ilə əlaqədar şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər üçün ehsan süfrəsi təşkil olunub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ağsaqqallar, şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, iyirmi iki il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Lakin Ulu Öndər cismən bizdən ayrı olsa da, ruhən bizimlədir. Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir.
Ehsan mərasimində Qurani-Kərimdən ayələr oxunub, Ulu Öndər Heydər Əliyevin ruhuna dualar səsləndirilib.







