Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 dekabr 2025 | 10:08
Dekabr ayının 9-da Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda gündəlikdə duran məsələlər barədə məlumat verilib. Sonra Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2025-ci il üçün Tədbirlər Planında nəzərdə tutulan məsələlər ətrafında müzakirə aparılıb.
İclasda rayonda son dövrlər görülən işlərdən bəhs olunub, bəzi məsələlərlə bağlı İctimai Şura üzvlərinin təklifləri dinlənilib.
Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.







