Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib
Sentyabrın 25-də Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib.
İclas Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrasından irəli gələn vəzifələrə həsr olunub.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Şəki Şəhər İcra Hakimiyyəti yanında yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Elman İmamverdiyev çıxış edərək rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı həyata keçirilən kompleks tədbirlərdən danışmışdır.
Sonra komissiya üzvlərinin məlumatları dinlənilmiş, məsələ ətrafında fikir mübadiləsi aparılmışdır.
İclasda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə yanaşı, narkomanlığın doğurduğu sosial fəsadlar, onun profilaktikası və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmış və bu istiqamətdə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.







