Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətində etik davranış qaydaları ilə bağlı ilik hesabat tədbiri keçirilmişdir

09 dekabr 2022 | 15:20

Azərbaycan Respublikasının Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27.02.2020-ci il tarixli, 1859 nömrəli Sərəncamının 1.9. bəndinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyətində etik davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairə üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı təmin edilmişdir. Aparatın etik müvəkkili-hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirov tərəfindən işçilərə etik davranış məsələləri ilə bağlı ətraflı izahat verilmiş maarifləndirmə işləri aparılmışdır. İşçilər arasında etik davranış qaydalarının pozulması hallarına rast gəlinəcəyi təqdirdə qanunamüvafiq qaydada barələrində tədbir görüləcəyi onların diqqətinə çatdırılmışdır.        
Bundan başqa tədbirdə 2022-ci il ərzində Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının işçiləri və başçının nümayəndəliklərində çalışan dövlət qulluqçuları arasında etik davranış qaydalarının pozulması halları müəyyən edilmədiyi qeyd edilmiş, lakin işgüzar fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmədiyinə görə 2 nəfər əməkdaşa  töhmət 1 nəfər əməkdaşa xəbərdarlıq intizam tənbehi tədbiri görüldüyü bildirilmişdir.     
Yekunda aparatın etik müvəkkili tərəfindən işçilərə fəaliyyətlərini bundan sonra da etik davranış qaydaları çərçivəsində aparmaları və qanunvericiliyin tələblərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqlara ciddi əməl olunmasını və vətəndaşlarla hər daima nəzakətli davranmaları barədə tövsiyələr vermişdir.

Keçidlər