Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətində fermerlərlə görüş keçirilib

05 iyun 2026 | 17:01

İyun ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən fermerlərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, Proqramın əsas məqsədi kənd təsərrüfatının inkişafına təkan vermək, dövlət və özəl investisiyaların daha səmərəli şəkildə cəlb edilməsinə şərait yaratmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və aqrar istehsalda dayanıqlı artımı təmin etməkdir.

Bildirilib ki, Proqramın uğurlu icrası kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, regionlarda məşğulluğun genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək.

Tədbirdə məsələ ətrafında müzakirələr aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib.

Keçidlər