Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Abbas kəndinin sakinləri ilə görüşüb

09 oktyabr 2026 | 23:41

Oktyabrın 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Abbas kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışından irəli gələn vəzifələrdən danışıb.

Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Kənd sakinləri Cəfərov Sərxan, İbrahimov Etibar və başqaları çıxış edərək kəndin ərazisində yerləşən elektrik dirəklərinin və xətlərinin yenilənməsini, kənddaxili yolların təmir olunmasını və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb.

 

Keçidlər