Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüşüb
Sentyabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayon üzrə 650-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüşüb.
Görüşdə başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinin müavini Hafiz Pənahov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev iştirak ediblər.
Görüşdə 2025-2026-ci tədris ilində təhsil sahəsində əldə olunmuş nəticələr barədə məlumat verilib. Qeyd olunub ki, qazanılan uğurlar müəllimlərin və şagirdlərin gərgin əməyinin və dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Vurğulanıb ki, təhsil sahəsində Şəki rayonunun göstəriciləri həmişə yüksək olub və bu gün də bu ənənə davam edir.
Görüşdə çıxış edənlər yüksək nəticə göstərmiş məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Sonda Şəki rayonu üzrə 650-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlara Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.







