Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndində səyyar qəbul keçirib

17 avqust 2023 | 10:01

Avqustun 16-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb Prezident cənab İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına müsahibəsindən önəmli mesajları görüş içtirakçılarına çatdırıb.

Sonra kənd sakinləri Mənəfov Məmmədəli, Mustafayev Möhübbət, İdrisov Nurəddin  və başqaları çıxış edərək kəndarası yolların əsaslı təmiri, kəndin optik internetlə təmin olunması, yeni yaşayış massivinə təbii qazın verilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verimişdir.

Keçidlər