Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 12-də Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 99 il ötdüyünü, ildönümü ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən icra başçısı Ulu öndər bütün həyatını xalqın rifahı və dövlətin inkişafına həsr etdiyini, Azərbaycanın Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildiyini vurğulamışdır.
Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri çıxış edərək kəndarası yolların təmiri, Aşağı Göynük kənd tam orta məktəbinin və körpələr evi uşaq bağçasının binasının əsaslı təmir edilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.