Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Küngüt kəndində səyyar qəbul keçirib

22 avqust 2023 | 20:13

Avqustun 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Küngüt kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ölkəmizdə və xaricdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli iclasının Ermənistanın ümidlərinin puça çıxması ilə nəticələndiyini bildirib.

Sonra kənd sakinləri Ağayev Çingiz, Lətifova Zümrüd, Yusifova Gülnarə və başqaları çıxış edərək kəndin “Qobuqırağı” məhəlləsində içməli su probleminin həlli məqsədilə subartezian quyusunun qazılması, kəndin daxili yollarının hamarlanması üçün 1 ədəd texnika verilməsini, Aşağı Küngüt  kənd  həkim  məntəqəsinə  baş həkim təyin olunmasına köməklik göstərilməsi, Aşağı Küngüt kənd tam orta məktəbinin əsaslı təmiri və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Keçidlər