Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Layısqı kəndində səyyar qəbul keçirib

08 sentyabr 2022 | 17:43

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 8-də Aşağı Layısqı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, sonra rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Rakif Səmədov, Könül Mahmudova və başqaları çıxış edərək Aşağı Layısqı kəndinin “Mərdanlar” məhəlləsinin yolunun təmiri, yeni yaşayış massivində subarteziyan quyusunun qazılması, Aşağı Layısqı kəndinin qazlaşması, Aşağı Göynük uşaq bağçasının təmiri və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər