Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aydınbulaq kəndinin sakinləri ilə görüşüb

18 avqust 2022 | 17:46

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 18-də Aydınbulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 12-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı ölkə başçısının Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində verdiyi bəzi mesajları sakinlərin diqqətinə çatdırıb. Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Dilarə Vəlizadə, Azad Səfərov, Qiyamət Əzizova və başqaları çıxış edərək kəndə təbii qazın verilməsinə, uşaq bağçasının əsaslı təmirinə, Aydınbulaq kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər