Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Babaratma kəndinin sakinləri ilə görüşüb

26 may 2023 | 09:08

May ayının 25-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Babaratma kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin cari ilin 22 may tarixində Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatdan və Azərbaycan-Litva biznes forumunda çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Məmmədov Rufət, Davudov Fazil və başqaları çıxış edərək kəndə qaz verilməsinə, kəndin internetlə təmin edilməsinə köməklik göstərilməsi, mal-qara üçün örüş yerinin ayrılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər