Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baltalı kəndinin sakinləri ilə görüşüb.

19 may 2022 | 18:02

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 19-da Baltalı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan-Türkiyə münasibətlərindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri zamanı Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi nitqindəki əsas məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri çıxış edərək kəndin elektrik təsərrüfatının yenidən qurulması, kənddə artezian quyusunun qazılması, tibb məntəqəsi üçün yeni bina tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər