Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baqqal kəndində səyyar qəbul keçirib

05 may 2023 | 08:35

Mayın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baqqal kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, “Heydər Əliyev İli” çərçivəsində ötən müddət ərzində Şəki şəhərində keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra kənd sakinləri Əliyev Yəhya, Məmmədova Vüsalə, Abdurahmanov Ağası və başqaları çıxış edərək Baqqal kəndinə aid əkinə yararlı torpaqların suvarılması üçün artezian quyularının qazılmasını, kənddə qaz xəttinin çəkilməsini, yarasız elektirik dirəklərinin dəyişdirilməsini və və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər