Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Göynük kəndinin sakinləri ilə görüşüb
Dekabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Göynük kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrdən, Vətən müharibəsində əldə olunmuş tarixi qələbədən söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın dekabrın 2-də Şəki rayonuna baş tutmuş səfəri haqqında məlumat verib.
Sonra kənd sakinləri Əhmədov Kərim, İbrahimov Sadəddin, Davudov Sahib və başqaları çıxış edərək kəndin ərzisində artezian quyusunun qazılması, Baş Göynük kənd 1 saylı tam orta məktəbin qarşısından keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, kənd yollarına asfalt örtük çəkilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.