Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Kəldək kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 1-də Baş Kəldək kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs etmiş, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Bəhərçin Nəbiyev, Vüqar Balammədov və başqaları çıxış edərək Şəki-Oğuz şossesindən Baş Kəldək kəndinə gələn 9 km yolun əsaslı təmirinə, kənddə təbii qazın verilməsinə köməklik göstərilməsi, ərazidə “Beynəlxalq bank”ın bankomatının və ödəniş terminalının quraşdırılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.