Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Küngüt kəndinin sakinləri ilə görüşüb

25 avqust 2023 | 09:10

Avqustun 24-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Küngüt kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ölkəmizdə və xaricdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli iclasının Ermənistanın ümidlərinin puça çıxması ilə nəticələndiyini bildirib.

Sonra kənd sakinləri Mustafayeva Svetlana, Məmmədov Ehtiram, Alıyev Yadigar və başqaları çıxış edərək Baş Küngüt kənd Diyarşunaslıq evinin binasının dam örtüyünün dəyişdirilməsi, kəndin aşağı hissəsində bir ədəd işıq transformatorunun quyulması, Baş Küngüt kənd tam orta məktəbinə gedən yolda çayın üzərində yeni körpünün tikilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Keçidlər