Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Şabalıd kəndində səyyar qəbul keçirib

30 iyun 2022 | 16:09

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 30-da Baş Şabalıd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyun ayının 26-da ölkəmizdə Silahlı Qüvvələr Gününün qeyd edildiyini, Prezident cənab İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə və Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış etdiyini bildirib, dövlət başçısının səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, baramaçılığın inkişafında mütərəqqi üsüllardan istifadə edilməsinin vacibliyi, qabaqcıl barama istehsalçılarının təcrübəsi və nailiyyətləri barədə ətraflı söhbətlər aparmış, gənc kümdarların yetişdirilməsinin vacibliyini ön plana çəkmişdir. Baş Şabalıd kəndindən Səlimov Səlim Yaqub oğlunun nailiyyətləri və iş təcrübəsi barədə kənd əhalisinə geniş məlumat verilmişdir.

Kənd sakinləri çıxış edərək Baş Şabalıd kəndini Baş Göynük kəndi ilə birləşdirən, sel suları nəticəsində dağılmış körpünün bərpa olunmasını, kəndin qazlaşdırılmasını və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər