Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Şabalıd kəndinin sakinləri ilə görüşüb

19 avqust 2023 | 09:22

Avqustun 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Şablıd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb Prezident cənab İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına müsahibəsindən önəmli mesajları görüş içtirakçılarına çatdırıb, qarşıda duran vəzifələrdən bəhs edib.

Sonra kənd sakinləri Səlimov Səlim, Məmmədova Bacıxanım, Seyfullayeva Könül və başqaları çıxış edərək Baş Şablıd kəndinin qazlaşdırılması, kəndin girişindəki körpünün bərpa olunması, kənd yollarının işıqlandırılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Görüş zamanı narkomaniyanın yaratdığı fəsadlardan, onun qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verimişdir. Vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər