Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Bideyiz kəndinin sakinləri ilə görüşüb

03 fevral 2023 | 11:08

Fevralın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bideyiz kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanda Gənclər Gününün təsis edilməsindən, Ulu Öndərin gənclərlə bağlı dövlət siyasətinin formalaşması və həyata keçirilməsi sahəsində xidmətlərindən, dövlət başçısının gənclərə göstərdiyi xüsusi diqqət və qayğısından, Vətən müharibəsində gənclərin rolundan danışıb. Şəkidə ötən il həyata keçirilən və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Əkbərov Rəşid, Məmmədov Fikrət, Alxasov Adışirin və başqaları çıxış  edərək “Küngüt” çayının Bideyiz kəndinin ərazisindən keçən hissəsində beton bəndin inşasının davam etdirilməsi, kəndə gələn mərkəzi yolun 700 m-lik hissəsinin əsaslı təmirinə köməklik göstərilməsi, Bideyiz kənd tam orta məktəbinə təbii  qazın  verilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər