Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Birinci Biləcik kəndinin sakinləri ilə görüşüb

14 iyun 2023 | 11:07

İyun ayının 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Birinci Biləcik kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib. İcra başçısı 15 iyun 2021-ci il tarixə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən danışıb, ölkəmizdə son müddətdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Məmmədov Həşim, Mustafayeva Çeşminaz və başqaları çıxış edərək Birinci Biləcik tam orta məktəbinə gedən 500 m uzunluğunda yollun asfaltlaşdırılması, kəndin ərazisində yeni tikilmiş evlər üçün bir ədəd transformatorun quraşdırılması, köhnə elektrik dirəklərinin dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər