Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Böyük Dəhnə kəndində səyyar qəbul keçirib

21 oktyabr 2022 | 16:12

Oktyabrın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək onlara Prezident cənab İlham Əliyevin oktyabrın 14-də  Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışından önəmli mesajlar çatdırıb, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsindən, bu rayonlarda aparılan bərpa və quruculuq işlərindən danışıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Oktyabr Rəşidov,  Ruhangiz Fərziyeva, Zeynəb Məmmədkərimova  və başqaları çıxış edərək kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması,  elektrik  xətlərinin  kabelləşdirilməsinə  köməklik  göstərilməsi,  Böyük  Dəhnə  kənd  1 №-li tam  orta  məktəbin   əsaslı  təmiri  və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər