Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Böyük Dəhnə kəndində yeni məktəb binasının tikintisi işləri ilə tanış olub
04 iyul 2026 | 10:41
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük Dəhnə kənd 2 №-li tam orta məktəb üçün yeni məktəb binasının tikintisi işləri ilə tanış olub.
Baxış zamanı məktəbin tikintisi ilə bağlı aparılan işlər haqqında məlumat verilib.
Qeyd edək ki, üçmərtəbəli 400 şagird yerlik məktəb binası şəxsi vəsait hesabına tikilir.







