Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çapağan kəndinin sakinləri ilə görüşüb

07 dekabr 2022 | 08:34

Dekabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çapağan kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrdən söz açmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın dekabrın 2-də Şəki rayonuna baş tutmuş səfəri haqqında məlumat verib.

Sonra kənd sakinləri Natiq Kərimov, Hacbaba Babayev, Bayram Kərimov və başqaları çıxış edərək kəndin həyətyanı sahələrinin suvarma suyu ilə təmin olunması, kənddə təbii qazın verilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, Çapağan kənd ümumi orta məktəbində məktəbəqədər hazırlıq qrupunun açılması, Çapağan kənd orta məktəbinin köhnə binasının bir otağında tibb məntəqəsinin yerləşdirilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər