Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çeşməli kəndində səyyar qəbul keçirib
Sentyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çeşməli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki şəhərində aparılan abadlıq-quruculuq işlərindən, rayonda icra olunan infrastruktur layihələrindən danışıb, qarşıda duran vəzifələr haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Məmmədov Oruc, Şəhmirova Nərgiz, Çələbiyev Saleh və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinin əsaslı təmir olunmasını, şəhid və qazi ailələri üçün tikilən binaların ətrafının bağlanmasını, kəndin elektrik təsərrüfatında SİP kabelləşmə işlərinin aparılmasını və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







