Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çeşməli kəndinin sakinləri ilə görüşüb
Yanvarın 28-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çeşməli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktından danışmış, Prezident cənab İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasındakı çıxışından bəzi fikirləri iştirakçılara çatdırmış, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, Şəki rayonunda görülmüş işlərdən söz açmış, qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Sonra kənd sakinləri İsmayılov İsmayıl, Fətəliyev Mahir və başqaları çıxış edərək Çeşməli kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə köməklik göstərilməsi, kənddə yeni transformatorun quraşdırılması və yararsız elektrik dirəklərinin dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.