Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cəyirli kəndində səyyar qəbul keçirib

24 noyabr 2022 | 17:31

Noyabrın 24-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəyili kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışından bəzi məqamları görüş iştirakçılarına çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Elgiz Hüseyinov, Sabir  Zeynalov,  Vaqif Qarayev  və başqaları çıxış edərək kəndarası yolların təmir olunmasına, kəndin suvarma suyu ilə təmin edilməsinə, kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər