Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cumakənd kəndində səyyar qəbul keçirib

20 avqust 2026 | 09:59

Avqustun 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cumakənd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Kənd sakinləri Abbasov Fərahim, İdrisov İdris, Aslanov Çərkəz və başqaları çıxış edərək kəndin yeni yaşayış massivində bir ədəd subartezian quyusunun qazılmasını, uşaq bağçası- körpələr evinin əsaslı təmir olunmasını, kəndin elektrik təsərrüfatında mövcud olan problemlərin aradan qaldırılmasını və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər