Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cunud kəndinin sakinləri ilə görüşüb
Martın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər dünyada cərəyan edən proseslərdən, ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın uğurlu inkişafından söz açmış, təxminən ik il bundaq qabaq keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarların partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olduğunu vurğulamışdır.
Sonra kənd sakinləri Əliyev Abbas, Salmanov Ziyadxan, Qocayev Qürbət və başqaları çıxış edərək Cunud kəndi ilə Baş Layısqı kəndini ayıran çay üzərində körpü tikilməsini, Cunud kənd tam orta məktəb binasının qəzalı olduğu üçün yeni məktəb binasının tikilməsi, yararsız işıq dirəklərinin yenisi ilə əvəz olunması, kənd tibb məntəqəsinin təmiri və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verimişdir.
Görüşdə, həmçinin, ölkəmizin şimal-qərb və qərb rayonlarının ərazisində qəhvəyi mərmər bağacığının müşahidə edildiyi bildirilmiş, bu zərərverici ilə mübarizə tədbirləri barədə məlumat verilmiş, sakinlərə qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet paylanmışdır.