Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Daşbulaq kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 11-də Daşbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən Müharibəsi nəticəsində qazaılmış tarixi Qələbədən bəhs etmiş, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Nail İslamov, Azər Mirzəliyev, Bəhrəm Quliyev çıxış edərək Daşbulaq kəndinə təbii qazın verilməsi, 6 km uzunluğunda olan Daşüz-Daşbulaq kəndlərarası yolun əsaslı təmiri, kəndə gələn yüksəkgərginlikli xətlərin və kənddaxili yararsız elektirik dirəklərinin dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.