Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Daşüz kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 5-də Daşüz kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitqindəki əsas məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri Bəsti Babayeva, Nizami Cəbrayılov və başqaları çıxış edərək kəndin yeni yaşayış massivinin təbii qazla təmin edilməsi, Daşüz kənd tam orta məktəbinin və uşaq bağçasının binasının əsaslı təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.