Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Dərəcənnət kəndinin sakinləri ilə görüşüb

17 mart 2023 | 09:21

Martın 16-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Dərəcənnət kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək  son dövrlər dünyada cərəyan edən proseslərdən, ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən  danışıb,  Prezident cənab İlham Əliyevin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışından bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Xudiyev Kərim, Babayev Rauf və başqaları çıxış edərək Dərəcənnət kəndində yeni tibb məntəqəsi tikilməsinə koməklik göstərilməsi, kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması  və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verimişdir.

Görüşdə, həmçinin,  ölkəmizin şimal-qərb və qərb rayonlarının ərazisində qəhvəyi mərmər bağacığının müşahidə edildiyi bildirilmiş, bu zərərverici ilə mübarizə tədbirləri barədə məlumat verilmişdir.

Keçidlər