Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Əliyar kəndində səyyar qəbul keçirib

14 oktyabr 2022 | 09:30

Oktyabrın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Əliyar kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək oktyabr ayının 6-da Praqada Prezident cənab İlham Əliyev,  Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərin nəticələrindən danışıb, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan müsibətlərdən bəhs edib.  Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Bəkir Əlifov, Çingiz İmamverdiyev, Vasif Qurbanəliyev və başqaları çıxış edərək kəndin təbii qazla təmin edilməsi, elektrik dirəklərinin yenilənməsinə,  internet xəttinin çəkilişinə köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər